"Neftçi" inadından dönmədi, məbləği artırdı, onu iki tanınmış klubun əlindən aldı

29 İyul 13:00 Neftçi 3 248
"Neftçi" inadından dönmədi, məbləği artırdı, onu iki tanınmış klubun əlindən aldı

“Neftçi” bugünlərdə 10-cu transferini reallaşdırdı.

Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriç artıq "ağ-qaralar"ın üzvüdür.

31 yaşlı qapıçı ilə 2 illik müqavilə bağlandı. Onun son klubu Türkiyədə “Antalyaspor” olub.

Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında çıxış edib. İki dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionluğu qazanıb.

O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.

Sessi D’Almeyda (“Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov ("Sumqayıt"), Murad Xaçayev ("Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (“AEK Larnaka”), Freddi Varqas (“Makkabi”, (İsrail), Cordan Rezabala ("Dorados") və Kristian Kostin (“Dinamo” Buxarest, Rumıniya) artıq bakılıların yeni üzvləridir.

Kenan Piriç hələlik son transferdir. Amma bu, daha tez baş verə bilərdi. «Ağ-qaralar» onunla 2 aydan artıq müddətdə danışıqlar aparıb.

Balkanlı hələ iyunun ilk yarısında ondan razılıq alsa da, növbəti həftələr ərzində arada bir durğunluq yarandı.

Səbəbkar qəflətən «yoxa çıxdı», meneceri başqa təkliflər aldıqlarını onlara xəbər verdi. Məlum oldu ki, Sloveniyadan «Moribor» və Serbiyadan «Partizan» adıçəkilən qapıçıya elçi düşüb.

«Neftçi» rəsmiləri bu məqamda nə etdi? Əl-qollarını yanlarına salmadılar və dayanmadılar.

Növbəti dəfə iddialarını ortaya qoydular. Öncə ödəməyə hazır olduqlarını bildirdikləri məbləği bir qədər də artırdılar. İndi bu rəqəm 1 milyon dolları keçir.

Başqa sözlə, bosniyalı Azərbaycanda meydana çıxacağı 2 il ərzində milyonçu olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 17:30 Çək və bizə göndər!