ŞOK GƏLİŞMƏ! Bu klub adını dəyişir və “Neftçi”nin tərkibinə keçir?

28 İyul 14:00 Neftçi 3 566
ŞOK GƏLİŞMƏ! Bu klub adını dəyişir və “Neftçi”nin tərkibinə keçir?

«Neftçi» minifutbolda da təmsil oluna bilər.

Bununla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.

Verilən informasiyaya görə, son iki ölkə çempionatda birinci yeri tutan «Birbaşa Bakı»nın adının dəyişdirilməsi gözlənilir.

Bu məsələ hazırda gündəmdədir və ciddi səviyyədə müzakirə edilir.

«Birbaşa Bakı»nın tezliklə «Neftçi»yə çevrilməsi ehtimalı var. Böyük ehtimalla, komanda qarşıdan gələn Çempionlar Liqasında da ağ-qara formada meydançaya çıxacaq.

«Neftçi» və «Birbaşa Bakı» arasında yaxınlıq mövcuddur. Kamil Məmmədov «Neftçi»nin Müşahidə Şurasının sədrinin müşaviri olmaqla yanaşı, «Birbaşa»nın kapitanıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?