“Neftçi” Polşada güclü leysana düşdü, yunanlarla oyun ləğv olundu

19:00 Neftçi 379
“Neftçi” Polşada güclü leysana düşdü, yunanlarla oyun ləğv olundu

"Neftçi"nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün keçirməli olduğu yoxlama görüşü ləğv olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" Yunanıstandan “Asteras”(Tripoli) ilə qarşılaşmalı idilər. Lakin güclü leysan səbəbindən matç baş tutmayıb.

Kieltse şəhərindəki Pilkarski stadionunda keçirilməli olan oyun Bakı vaxtı ilə saat 19:00-da başlamalı idi.

Samir Abasovun komandası Polşadakı təlim-məşq toplanışında "Hapoel Təl-Əviv" (1:1) və "Bruk-Bet Termalika" (Polşa) (2:2) ilə qarşılaşmışdı. Komanda son yoxlama görüşünü isə avqustun 1-də AEL-ə (Kipr) qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti