"Neftçi"nin Yunanıstan klubu ilə matçının vaxtı açıqlandı

26 İyul 17:40 Neftçi 417
"Neftçi"nin Yunanıstan klubu ilə matçının vaxtı açıqlandı

"Neftçi” iyulun 27-də Polşa təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Yunanıstandan “Asteras Tripolis” ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq.

Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.

“Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 03:40 "Kəpəz"in daha bir...
26 İyul 02:40 "Sumqayıt"dan 3 SEÇİM