
«Neftçi» qarşıdakı müddətdə 2-3 transfer də edəcək.
Bu barədə paytaxt klubundan saytımıza bildirilib.
Redaksiyamıza verilən məlumata görə, hazırda iki mövqe üzrə 4 legionerlə danışıqlar aparır. Baş məşqçi Samir Abasovun istəyi üzərinə hərəkət edən yönətim müdafiə və hücum xətlərini gücləndirməyi planlaşdırır.
«Ağ-qaralar»ın xidmətində maraqlı olduğu əcnəbilərin klubları ilə müqaviləsi var, odur ki, görüşmələr bir qədər yavaş sürətlə irəliləyir.
Amma bakılılar inanır ki, maraq dairələrinə düşən oyunçulardan, heç olmasa, ikisini sıralarına qata biləcəklər.
«Neftçi» bu yay 9 yeni futbolçunu rənglərinə bağlayıb.
Bunlar Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”), Freddi Varqas (“Makkabi”dən (İsrail, Netanya icarəyə götürülüb), Cordan Rezabala (son klubu "Dorados"), Kristian Kostindir (son klubu “Dinamo” Buxarest, Rumıniya).
SPORTİNFO.AZ