“Neftçi“dən 10-cu TRANSFER?

14:00 Neftçi 2 212
“Neftçi“dən 10-cu TRANSFER?

“Neftçi” Maksim Sivişin transferinə hazırlaşmır.

Bu barədə paytaxt klubundan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, Konqo Demokratik Respublikasından olan müdafiəçi transfer siyahısında yer almır.

Qeyd olunub ki, Fransa pasportuna da malik legionerin «Neftçi»yə keçəcəyi barədə xəbərlər menecerlər tərəfindən qəsdən mediaya sızdırılıb.

Siviş 2024-cü ildən “Dinamo”da (Buxarest) çıxış edir. Onun Rumıniya klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.

«Neftçi» mövsümlərarası fasilədə hələlik 9 yeni oyunçu ilə güclənib. Bunlar

Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”), Freddi Varqas (“Makkabi”dən (İsrail, Netanya icarəyə götürülüb), Cordan Rezabala (son klubu "Dorados") və Kristian Kostindir (son klubu “Dinamo” Buxarest, Rumıniya).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti