“Neftçi” universal əcnəbi ilə 1+1 illik müqavilə bağladı

00:30 Neftçi 173
“Neftçi” universal əcnəbi ilə 1+1 illik müqavilə bağladı

“Neftçi” növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin artıq Bakı təmsilçisinin üzvüdür. 27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub. Onun bir neçə mövqedə oynamağı bacaran universal futbolçu olduğu bildirilir.

"Neftçi" daha öncə Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”), Freddi Varqas (“Makkabi”dən (İsrail, Netanya icarəyə götürülüb), Cordan Rezabalanı (son klubu "Dorados") transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 08:20 Quliyev Serbiya yolunda