
Növbəti mövsüm üçün transfer fəaliyyətini davam etdirən “Neftçi” daha bir legionerin keçidinə nail olub.
“Ağ-qaralar” müdafiəçi Kristian Kostini rənglərinə bağlayıb. Bakı klubu rumıniyalı ilə razılıq əldə edib.
O, qarşıdakı 2 ildə paytaxt təmsilçisinə məxsus olacaq (sonradan müqavilənin daha 1 il uzadılması şərtiylə).
Hazırda azad agent statusunda olan 27 yaşlı sağ cinah müdafiəçisinin transferinin bu gün açıqlanması gözlənilir.
Kostinin son klubu “Dinamo” olub. O, ötən mövsüm Buxarest təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
“Neftçi” bu yay 8 yeni adı sıralarına qatıb.
Bunlar Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”), Freddi Varqas (“Makkabi”dən (İsrail, Netanya icarəyə götürülüb) və Cordan Rezabaladır (son klubu "Dorados").
SPORTİNFO.AZ