
Deyəsən, Ramil Şeydayev yeni mövsüm hər kəsi təəccübləndirməyi qarşısına məqsəd qoyub.
Hər halda, onun Polşa toplanışında göstərdiyi performans belə düşünməyə ciddi əsas verir.
Məşqlərdə ən aktiv çıxış edənlər arasında onun da adı var.
Elə təqdim edəcəyimiz video 29 yaşlı forvardın bacarığını özündə ehtiva edir.
O, uzaqdan vurduğu baxımlı qollarla hər kəsin alqışını qazanıb.
Maraq üçün bildirək ki, Samir Abasovun sərəncamında görmək istəmədiyi adların başında məhz Şeydayev dururdu.
Amma yüksək maaş alan millimizin üzvü təzminat davası edincə düşərgədə qalması qaçılmaz olub.
XANOĞLAN / SPORTİNFO.AZ
Haqqında bəhs etdiyimiz qolları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: