"Neftçi"dən növbəti transfer - RƏSMİ

15 İyul 20:30 Neftçi 299
"Neftçi"dən növbəti transfer - RƏSMİ

"Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi Ekvadorlu Cordan Rezabala nı transfer edib. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət "Neftçi"nin baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

Qeyd edək ki, "Neftçi" bunadək Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”) və Freddi Varqası (Makkabi”dən (İsrail, Netanya) icarəyə götürülüb) heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!