Bir gözünüz “Neftçi”də olsun – Ayrılıq(lar) gözlənilir!

15 İyul 20:00 Neftçi 1 157
Bir gözünüz “Neftçi”də olsun – Ayrılıq(lar) gözlənilir!

Mövsüm başa çatandan sonra “Neftçi”də 13 ayrılıq yaşanıb.

Lakin bu, hələ son deyil. Siyahı genişlənə bilər.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, bu ayın sonuna qədər 1-2 futbolçuyla da yolların ayrılacağı gözlənilir.

Samir Abasov həmin futbolçularla bağlı yekun qərarını Avstriya toplanışına saxlayıb. Məhz buradakı yoldaşlıq görüşləri baş məşqçiyə kömək edəcək.

Potensialından tam razı qalmadığı oyunçuları yekun olaraq iş başında görmək istəyir. Yaxşı mənada irəliləyişlə qarşılaşmasa, getmələrinə qərar verəcək.

Odur ki, ayın sonuna qədər “Neftçi”də ayrılıq(lar) görsəniz, təəccüblənməyin.

“Ağ-qaralar” yay fasiləsində Yuri Matias, Höccət Haqverdi, Azər Əliyev, Rəhman Hacıyev, Azər Salahlı, Yeqor Boqomolski, Rüstəm Samiqullin, Rafael Quzzo, Robert Bauer, Filip Ozobiç, Ervin Koffi, Dembo Darbo və İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.

Əvəzində Sessi D'Almeyda, Luis Ortis, Elvin Bədəlov, Murad Xaçayev, İmad Faraj, İqor Ribeyro ilə müqavilə bağlanıb, Freddi Varqasla Cordan Rezabalanın keçidləri də yaxın günlərdə elan olunacaq.

Yeri gəlmişkən, paytaxt təmsilçisi Avstriya toplanışında dörd yoxlama görüşü keçirəcək.

Komanda iyulun 17-də “Hapoel” (Təl-Əviv, İsrail), 22-də “Termalitsa” (Polşa), 27-də “Asteras” (Tripolis, Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) komandaları ilə qarşılaşacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!