Venesuella yığmasının yarımmüdafiəçisi “Neftçi”də - RƏSMİ

16:20 Neftçi 669
Venesuella yığmasının yarımmüdafiəçisi “Neftçi”də - RƏSMİ

“Neftçi” növbəti keçidini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Venesuela milli komandasının yarımmüdafiəçisi Freddi Varqas artıq “Neftçi”nin üzvüdür.

26 yaşlı əcnəbi “Makkabi”dən (Netanya) 1 il müddətinə icarəyə götürülüb. Razılaşmaya əsasən, “ağ-qaralar” onu İsrail klubundan birdəfəlik transfer etmək hüququna da yiyələnib.

Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.

"Neftçi" daha öncə Sessi D’Almeyda, Luis Ortis, Elvin Bədəlov, Murad Xaçayev, İqor Ribeyro, İmad Farajı transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti