
"Neftçi” növbəti əcnəbi transferini bitirib.
"Ağ qaralar" Freddi Varqasla bütün detallarda anlaşıb.
26 yaşlı yarımmüdafiəçi artıq Bakıdadır.
Tibbi müayinədən uğurla keçdikdən sonra futbol ictimaiyyətinə təqdim ediləcək.
Venesuela millisinin üzvü 2024-cü ildən İsrailin "Makkabi" klubunda çıxış edir.
Karyerası daha çox ölkəsi ilə bağlı olan futbolçunun İsraildən başqa qısa müddət ABŞ-da da legioner həyatı yaşadığını bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ