“Neftçi” bu transfer üçün böyük miqdarda ödəniş etdi!

14:20 Neftçi 839
“Neftçi” bu transfer üçün böyük miqdarda ödəniş etdi!

“Neftçi”nin İmad Farajın transferi üçün xərclədiyi məbləğ müəyyənləşib.

Sportinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” sağ cinah vingerinin keçidi müqabilində onun sabiq komandası Kipr AEK-inə təzminat ödəyib.

Xəbərdə bildirilib ki, transfer Kipr kubokunun son qalibinə 700 min avro qazanc gətirib. Yəni “Neftçi” 26 yaşlı oyunçunun transferinə məhz bu qədər ödəniş edib.

“Lill” akademiyasının yetirməsi olan İmad Faraj “Neftçi” ilə 3 illik müqavilə bağlayıb. O, Fransanın U-16, U-17, U-18 və U-19 millilərinin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?