Vəzifəli şəxs “Neftçi”dən yeni müqavilə təklifi almadı, ölkəsinə qayıtdı - SON DƏQİQƏ

10:40 Neftçi 933
Vəzifəli şəxs “Neftçi”dən yeni müqavilə təklifi almadı, ölkəsinə qayıtdı - SON DƏQİQƏ

“Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül Azərbaycanı tərk edib.

2022-ci ilin iyulundan burada çalışan mütəxəssis artıq Türkiyəyə qayıdıb.

Paytaxt təmsilçisi 3 ildir burada çalışan Bülbülə yeni müqavilə təklif eləməyib.

Gedişin tək səbəbi budur: 38 yaşlı direktor bir qədər gözlədikdən sonra ölkəsinə dönməyi üstün tutub.

“Karşıyaka” (2009-2010) və “Vestel Manisa”da (2011-2012) baş məşqçinin yanında təcrübəçi kimi çalışmış Cemal Bülbül “Altınordu” akademiyasında performans və təhlil məşqçisi (2013-2017), “Göztəpə” akademiyasının direktoru (2017-2020) və bu klubun Matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib.

2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?