“Neftçi”də bayram yaşanır: “Zubirin qənimi gəldi”

8 İyul 19:20 Neftçi 2 565
“Neftçi”də bayram yaşanır: “Zubirin qənimi gəldi”

“Neftçi” yay fasiləsində altıncı transferini gerçəkləşdirdi.

Sessi D'Almeyda, Elvin Bədəlov, Murad Xaçayev, Luis Ortis və İqor Ribeyronun ardınca İmad Farajı da rənglərinə bağladı.

26 yaşlı cinah yarımmüdafiəçisi uyğunlaşma dövrünü keçə bilsə, “ağ-qaralar”a böyük fayda verəcək.

Hər iki ayağından istifadə edir, solaxay öldürücü zərbələrə sahibdir, texnikası və ağıllı oyunu göz oxşayır.

“Neftçi” azarkeşləri Faraj barədə müəyyən məlumatlar toplayıb, əvvəlki komandalarında etdiklərini görəndən sonra məhz bu transferə görə rəhbərliyi alqışlayır.

Klubun sosial şəbəkə hesablarında yazılan şərhlərdən İmadın qısa zamanda fanatların sevimlisinə çevriləcəyini müəyyən etmək çətin deyil:

“Dəhşət oyunçudur. Xeyirli olsun”.

“Bu, əjdahadır. “Yutub”da videolarına baxmaq kifayət edir”.

“Zubirin qənimi gəldi”.

“Hə, bu, başqa məsələ. Təki növbəti transferləriniz də belə olsun”.

“Əla transferdir. “Neftçi”yə çox köməyi dəyəcək. Samir hocaya bu seçimə görə əhsən!”

“Özüm ölüm, bundan Flavinyonun iyi gəlir. Təki xeyirli-uğurlu olsun”.

“Keçən ildən küçələrə tökdüyünüz pullarla bu cür səviyyəliləri alsaydız, indi Avropaya hazırlaşırdıq”.

“Neftçi”nin tarixində yaxşı mənada iz qoyan futbolçulardan olacaq. Görəcəksiniz”.

“Qarabağ” azarkeşi olsam da, bu transferə görə azarkeşləri təbrik edirəm”.

“Bunu topla təmin edən olsa, qabağında dayanmaq olmayacaq. Super zərbələri var”.

“Bəs deyirdilər səviyyəli oyunçuları gətirmək olmur? Görürsüz, istəyəndə olur. Farajdan ikisi də olsa, “Qarabağ” qan ağlayacaq”.

“Videolarına baxdım, əladır. “Neftçi”də alındıra bilsək, bizə çox faydası dəyəcək”.

Mərakeş və Əlcəzair əsilli 26 yaşlı futbolçu Fransa vətəndaşlığını daşıyır.

“Lill”in yetirməsi olan İmad bu komanda ilə yanaşı, “Belenenseş” (Portuqaliya), “Muskron” (Belçika) və “AEK Larnaka”nın (Kipr) şərəfini qoruyub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?