
“Neftçi”dən ayrılan Yuri Matiasın yeni iş yeri müəyyənləşib.
Braziliyalı müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
“Ağ-qaralar”ın şərəfini qoruduğu 2 ildə etdiyi səhvlərlə azarkeşlərin qəzəbinə tuş gələn 30 yaşlı müdafiəçi bu ölkənin “Ajman” klubu ilə anlaşıb.
Yuri Ajmana gələrək başa çatan mövsümü yüksək liqanın 10-cu pilləsində başa vuran klubla müqaviləyə imza atıb.
O, “Neftçi”nin formasını geyindiyi 2023-2025-ci illər aralığında 71 oyunda meydana çıxaraq 10 qol vurub, 3 qolun ötürməsini verib.
HƏBİB / SPORTİNFO.AZ