
“Neftçi”nin “Makkabi”nin (Netanya) legioneri Freddi Varqası heyətinə qatmaq istədiyi barədə xəbər vermişdik.
Sportinfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatında və sosial şəbəkədə məlumatlar yayılıb.
Amma 26 yaşlı venesuelalının meneceri Repi Epstein futbolinfo.az-a açıqlamasında məlumatı təkzib edib:
“Qəribədir. Futbolçunun meneceri mənəm, amma belə təklif almamışam. Hazırda bu barədə heç bir məlumatım yoxdur”.
Freddi Varqas 2024-cü ildən “Makkabi”də çıxış edir. Onun transfer qiyməti 600 min avrodur.