
“Neftçi”nin xidmətində maraqlı olduğu Kenan Piriç Türkiyə mətbuatına açıqlamasında keçidini dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı qapıçı Bakı klubunun iddialı olmasının seçiminə təsir etdiyini açıqlayıb.
Bosniya və Herseqovina millisinin üzvü “ağ-qaralar”da əsas qolkiper olmağı hədəflədiyini söyləyib.
O, karyerasında yeni mərhələyə qədəm qoyduğunu, “Neftçi” ilə Azərbaycan çempionatında uğurlu nəticə göstərərək, bunun davamını avrokuboklarda gətirmək istədiyini bildirib.
Piriç paytaxt təmsilçisində əsas qapıçı rolunu oynamaqla karyerasında yenidən yüksəlişə keçməyi hədəflədiyini vurğulayıb.
Bosniyalı qolkiper sabiq komandası “Antalyaspor”da maddi baxımdan ciddi sıxıntı yaşadığını və yalnız 1 ayın maaşını aldığını deyib. Bu üzdən Piriç FIFA-ya şikayət ünvanlayıb.
ki, Superliqa təmsilçisi də öz növbəsində qapıçının bütün borclarını aldığını və bununla bağlı haqlarını müdafiə edəcəklərini bəyan edib.