“Neftçi” venesuellalı hücumçuya 600 min avro ödəyəcək?

13:20 Neftçi 1 125
“Neftçi” venesuellalı hücumçuya 600 min avro ödəyəcək?

“Neftçi” daha bir legioner transfer etmək üçün səy göstərir.

Sportinfo.az xəbər verir ki, bakılılar Freddi Varqası heyətinə qatmaq üçün danışıqlar aparır.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı venesuelalı forvard ölkəmizə gəlməyə razılıq verib.

İndi onun gələn ilin yayınadək müqavilə ilə bağlı olduğu “Makkabi”nin (Netanya) razılığını almaq lazımdır. İsrail klubu hücumçu üçün 600 min avro tələb edir. Danışıqlara davam olunur.

Karyerası ərzində vətənində və ABŞ-də oynamış Vrqas Lara “Deportivo”sunun yetirməsidir.

2023-cü ldən İsraildə çıxış edən oyunçu “Makkabi”yə ötən yay keçib. Netanyalılar onun üçün “Metropolitanos”a 460 min avro ödəmişdi.

Digər Xəbərlər
Xəbər Lenti