
Millimizin sabiq müdafiəçisi Höcət Haqverdi Azərbaycanda qalmaq istəyir.
Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl “Neftçi” ilə müqaviləsi başa çatdığı üçün bu klubdan ayrılan iranlı aryerasını Premyer Liqada davam etdirməyi planlaşdırır.
Haqverdi hazırda yüksək liqanın bir neçə təmsilçisi ilə danışıq aparır.
32 yaşlı müdafiəçi “Abumoslem”, “Zob Ahan”, “Paykan”, “Sumqayıt”, “Traktor” klublarında çıxış edib.