Şeydayev hanı? – Xəbəriniz olsun ki...

3 İyul 20:40 Neftçi 1 505
Şeydayev hanı? – Xəbəriniz olsun ki...

Növbəti mövsümə hazırlaşan “Netçi” iyunun 25-dən məşqlərə start verib.

Klubun media qrupu Futbol Mərkəzində keçilən hazırlıq prosesindən video və şəkillər hazırlamaqla azarkeşləri məlumatlandırmağa çalışır.

Yeni transferlərin ardınca Aleks Fernandesin də gəlişindən sonra komandanın tam tərkibdə çalışdığını deyə bilərik.

Təqdim olunan şəkillərdə Ramil Şeydayevin gözə dəyməməsi azarkeşlərin sevincinə səbəb olub.

Fanatlar “Neftçi”yə fayda verməyən, buna baxmayaraq, komandanı tərk etmək istəməyən futbolçunun “Neftçi”ni tərk etdiyini düşünürlər.

Hələ ki, sevinməyə gərək yoxdur. Ramil “ağ-qaralar”ın gündəlik məşqlərində iştirak edir və hələ ki, ayrılmaqla bağlı mövqeyini bildirməyib.

“Neftçi” rəsmiləri isə Şeydayevin hansısa mənada güzəştə gedəcəyinə və onunla yolların ayrılacağına ümid edərək, hər dəfə onun şəklini göstərib azarkeşlərin əhvalını korlamaq istəmir.

Məşqdən hazırlanan görüntülərdə 29 yaşlı futbolçunun yer almamasının başlıca səbəbi budur. Ramilin özü də gündəmə gəlməklə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmək niyyətindən uzaqdır. Başını aşağı salıb işini görür, pulunu qazanır.

Şeydayevin “ağ-qaralar”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir.

O, ötən mövsüm “Neftçi”nin heyətində meydana çıxdığı 31 oyunda 4 qol və 2 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu