
Mövsüm başa çatandan sonra 12 futbolçu ilə yollarını ayıran “Neftçi” hələ ki, 5 nəfərin transferini bəyan edib.
“Ağ-qaralar” Sessi D'Almeyda, Luis Ortis, İqor Ribeyro, Elvin Bədəlov və Murad Xaçayevin keçidini həll edib.
İndiki məqamda azarkeşləri maraqlandıran əsas məsələ yenilərin “Neftçi”yə nə dərəcədə kömək edəcəyidirsə, digər sual onların hansı nömrə altında mübarizə aparacağıdır.
Elvin “15”i, Luis “22”ni, Sessi isə “6”nı seçib.
Murad isə, çox güman, “Sumqayıt”da olduğu kimi, burada da rəqiblərin qarşısını “17” ilə kəsəcək.
Paytaxt təmsilçisinin Polşa toplanışına, başqa cür desək, iyulun 15-nə qədər azı iki futbolçunun transfer anonsunu edəcəyi gözlənilir.
HƏBİB / SPORTİNFO.AZ