"Neftçi"nin yolunu gözlədiyi yeni transferin problemi yarandı - SON DƏQİQƏ

13:00 Neftçi 1 270
"Neftçi"nin yolunu gözlədiyi yeni transferin problemi yarandı - SON DƏQİQƏ

"Neftçi"nin Sessi D’Almeyda və Luis Ortisin ardınca Kenan Piric ilə bütün detallarda anlaşdığını xəbər vermişdik.

30 yaşlı qolkiper bu gün Bakıya gəlməli, tibbi baxışdan keçərək müqaviləyə imza atmalı və sabahdan Samir Abasovun sərəncamında olmalıydı.

Amma plan reallaşmayıb.

Buna səbəb əcnəbi kiperin şəxsi işləri ilə bağlı problemin yaranmasıdır.

O, meneceri vasitəsilə bu barədə qarşı tərəfi məlumatlandırıb.

Bu səbəbdən avropalının keçidi düyünə düşüb.

Gecikmənin nə qədər sürəcəyi hələ məlum deyil.

Bosniya və Herseqovinadan olan legioner son mövsümü Türkiyədə - "Antalyaspor"da keçirib.

Daha əvvəl isə Kiprdə AEK-in, Yunanıstanda "Atromitos"un, Sloveniyada "Moribor"un, Belçikada "Gent"in formasını geyinib.

Bosniya və Herseqovina millisinin üzvü vətənində "Mostar", "Sloboda Tuzla" və OFK klublarında da çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!