"Neftçi"dən ən son transfer XƏBƏRİ - Onu tanıyırsız?

3 İyul 2025 09:40 Neftçi 6 679
"Neftçi"dən ən son transfer XƏBƏRİ - Onu tanıyırsız?

"Neftçi" yeni mövsümə hazırlıqlarını davam etdirir.

Yenilənən "ağ qaralar" daha bir legionerlə danışıqları bitirməyə yaxındır.

Söhbət Juan Salazardan gedir.

28 yaşlı kolumbiyalının son klubu Yunanıstanda "Pansseraikos" olub.

O, yarımmüdafiənin müxtəlif nöqtələrində çıxış edə bilir.

Samir Abasovun diqqətini çəkməsinə əsas səbəb də onun məhz üniversal olmasıdır.

Solaxay futbolçu Yunanıstana kimi Salvador və Argentinada legioner həyatı yaşayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti