“Neftçi”yə razılıq verdi, Bakıya gələcəyi tarixi dedi

2 İyul 19:40 Neftçi 1 764
“Neftçi”yə razılıq verdi, Bakıya gələcəyi tarixi dedi

“Neftçi” daha bir futbolçunun transferi ilə bağlı son nöqtəyə çatıb.

“Ağ-qaralar” bir aydır danışıq apardığı Kenan Piriçi Azərbaycana gəlməyə razı salmağı bacarıb.

Ötən mövsümü “Antalyaspor”da keçirən 30 yaşlı qapıçı aldığı başqa təklifləri də gözdən keçirmək istəyi ilə “Neftçi”ni gözlədirdi.

Uzun müzakirələrdən sonra tərəflər ortaq məxrəcə gəlməyə nail olub.

Bosniya və Herseqovina millisində 8 oyun keçirmiş Piriç iyulun 4-nə qədər Bakıya təşrif buyurub tibbi müayinədən keçəcək.

Sağlamlığında problem aşkarlanmasa, 1,92 santimetr boya sahib qolkiperlə 2 illik müqavilə bağlanacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi