"Neftçi"nin yeni transfer hədəfini öyrəndik - SON DƏQİQƏ

2 İyul 2025 10:40 Neftçi 5 643
"Neftçi"nin yeni transfer hədəfini öyrəndik - SON DƏQİQƏ

"Neftçi"nin daha bir transfer hədəfi bizə məlum olub.

"Ağ qaralar" İmad Faraj ilə danışıqlar aparır.

Tərəflər arasında demək olar bütün məsələlər razılaşdırılıb.

Son anda hər hansı problem çıxmzsa, 26 yaşlı sağ cinah yarımmüdafiəçisi "Neftçi"nin formasını geyinəcək.

İmad son 4 mövsümdə Kipridə - AEK-də forma geyinib.

Bu müddətdə meydana çıxdığı 158 matçda 23 qol, 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransanın U-19-a qədər olan bütün aşağı yaş millisində çıxış etmiş futbolçu "Lill"in yetirməsidir.

O, qısa müddət Belçika və Portuqaliyada da forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti