
Bu mövsümü “Turan Tovuz”da keçirmiş İsmayıl Zülfüqarlı yeni mövsümə “Neftçi”də başlamayacaq.
Paytaxt təmsilçisi yetirməsi olan yarımmüdafiəçini saxlamaq niyyətindən daşınıb.
Baş məşqçi Samir Abasovun göstərişinə əsasən, 24 yaşlı oyunçuya özünə başqa komanda tapması tapşırılıb.
“Ağ-qaralar“ müqaviləsi 2026-cı ilin yayında başa çatacaq Zülfüqarlını icarəyə verməyə də hazırdır.
SPORTİNFO.AZ