
Millinin və «Neftçi»nin qapıçısı Rza Cəfərova təklif gəlməsindən xəbərdarsız.
Buxarest «Dinamo»su rəsmi surətdə «ağ-qaralar»a müraciət ünvanlayıb.
Rumıniya klubu 21 yaşlı kiperə görə danışıqlar aparmaq istədiklərini açıqlayıb.
Bu ölkənin ən prestijli futbol brendlərindən sayılan «Dinamo» gənc «əlcək sahibi» üçün təzminat ödəməyə hazır olduqlarını elan edib.
Buxarest təmsilçisi razılıq əldə olunarsa, Rza ilə 5 illik müqavilə bağlamağı düşündüklərini gizlətməyib.
2021-ci ildən “Neftçi”nin qapısını qoruyan 21 yaşlı Cəfərov başa çatan mövsümdə Premyer Liqada 31 oyunda 45 qol buraxıb. O, 5 matçda qapısını toxunulmaz saxlayıb.
“Neftçi” artıq qarşı tərəfə reaksiya verib.
Redaksiyamıza daxil olan son məlumata gjörə, bakılılar “Dinamo”nun təklifini geri çevirib.
Rumınların nəzərinə çatdırılıb ki, Cəfərov onların gələcək planlarına daxildir və heç bir halda satılması düşünülmür.
SPORTİNFO.AZ