“Zenit”də yetişən müdafiəçi “Neftçi”də - Yeni transfer açıqlandı

28 İyun 20:20 Neftçi 298
“Zenit”də yetişən müdafiəçi “Neftçi”də - Yeni transfer açıqlandı

“Neftçi” Azərbaycan millisinin üzvü Elvin Bədəlovu transfer edib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə "Neftçi"nin şərəfini qoruyub.

Sonuncu klubu “Sumqayıt”da (2019-2025) baş məşqçi Samir Abasovun rəhbərliyi altında da çıxış edib. O, millidə 10 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 18:10 Çək və bizə göndər!