GİZLİ OLAY: “Neftçi”nin prezidenti gecə futbolçuya kabab çəkirdi - VİDEO

14:00 Neftçi 1 020
GİZLİ OLAY: “Neftçi”nin prezidenti gecə futbolçuya kabab çəkirdi - VİDEO

"Etiraf edək ki, Premyer Liqada yerli məşqçilər daha uğurludur.

Bizim məşqçilərimizə daha çox dəstək lazımdır.

Əfsuslar olsun ki, əcnəbi mütəxəssislərə edilən dəstək yerlilərə edilmir. Ən çətin işləri də elə yerlilər görürlər.

Məsələn, 15 günə komanda qurub çempionata başlamaq kimi...

Deyirlər ki, Roman Qriqorçukun işi niyə "Neftçi"də alınmadı? Çünki 10 il əvvəlki metodika bu gün keçmir, davamlı inkişaf etməlisən.

"Qəbələ"də Ürfana verdiyin göstərişi, "Neftçi"də Emin Mahmudova, Qara Qarayevə verə bilməzsən. Bunda israrlı olduğun təqdirdə, uğursuzluğa düçar ola bilərsən.

Futbolçuya inam hissini aşılamaq vacibdir. O dönəmdə "Neftçi"nin prezidenti Sadıq Sadıqov gecə 11-də futbolçuya kabab çəkirdi.

Yəni, futbolçu da rəhbərin bu münasibətinə meydanda oyunu ilə cavab verməyə çalışardı".

Bu açıqlama "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırova məxsusdur.

Tanınmış mütəxəssis “Sportinfo TV”də yayımlanan "Futbol manşet" verilişinin qonağı olub.

O, klublarımızın transferləri və məşqçi-futbolçu münasibətlərinə dair önəmli məlumatlar verib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti