
Bir çox klubun, o cümlədən, “Neftçinin sabiq baş məşqçisi Miodraq Bojoviç son vaxtlara qədər çalışdığı İranda gərginliklərdən danışıb.
Sportinfo.az xəbər verir ki, 2023-cü ilin dekabrından 2024-cü ilin mayınadək Azərbaycanda çalışmış monteneqrolu mütəxəssis deyib:
“Mən İranda işləyəndə artıq şayiələr gəzirdi ki, zərbələr olacaq. Mənə elə gəlir ki, onlar daha əvvəl hücum etməyi planlaşdırırdılar.
Amerikalılar İsraillə birlikdə düzgün işlər görmürlər. Belə çıxır ki, sən əgər güclüsənsə, istədiyini edə bilərsən?
Niyə bunu edirlər? Müstəqil ölkəyə niyə hücum edirlər? Kifayət qədər suallar var.
Mən İranda çoxlu yaxşı insanlarla tanış oldum, bu insanlara çox yazığım gəlir”, – deyə Bojoviç müsahibəsində deyib.