O, “Neftçi”ni bu səbəbdən tərk edib – Deyilib ki...

27 İyun 21:20 Neftçi 1 062
O, “Neftçi”ni bu səbəbdən tərk edib – Deyilib ki...

“Neftçi”nin Filip Ozobiçlə yeni müqavilə imzalamaması azarkeşlər tərəfindən narazılıqla qarşılanıb.

“Ağ-qara”sevərlər klubun sosial şəbəkə hesablarında millimizin də şərəfini qorumuş futbolçunun komandaya fayda vermək gücündə olduğunu yazaraq, yola salınmasının doğru qərar olmadığını bildiriblər.

Ozobiçlə sözləşmənin uzadılmamasının səbəbi bizə məlumdur. Sizi də xəbərdar edək.

Baş məşqçi Samir Abasov Filipin meydanda can qoymasından və ayrı-ayrı matçlarda sözünü deməsindən razılığını dilə gətirib. Daha 1 il kollektivlə birgə olmasına qarşı çıxmayıb.

Lakin 2023-cü ildə bağlanan müqavilədə illik əməkhaqqı 300 min dollar civarında olub. Həmin vaxt “Qarabağ”dan ayrılan və 32 yaşında olan futbolçu üçün, bu, hardasa normal sayıla bilərdi.

Lakin 35 yaşın içində olan xorvatla yenidən 2 illik müqavilə bağlamaq və yuxarıda göstərilən qədər pul vermək məqsədəuyğun sayılmayıb.

Səbəbkarın özünə məlumat verilib kii, “Neftçi”də qalıb, təcrübənlə kömək edə bilərsən. Ancaq əvvəlki maaşının təxminən 1/3-i qədər qazanacaqsan.

“10 nömrə” rəsmilərin təklifini yaxına buraxmayıb. Agentlərin köməkliyi ilə başqa klub tapıb, karyerasını daha sərfəli şərtlərlə davam etdirəcəyini bildirib.

Filip Ozobiç son iki mövsümdə ağ-qara formada meydana çıxdığı 70 qarşılaşmada 16 qol vurub, 13 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!