Avropa ölkəsinin prestijli klubu transfer təkifi ilə “Neftçi”nin qapısına gəldi

13:00 Neftçi 1 886
Avropa ölkəsinin prestijli klubu transfer təkifi ilə “Neftçi”nin qapısına gəldi

Millinin və «Neftçi»nin qapıçısı Rza Cəfərova təklif gəlib.

Bu barədə paytaxt klubundan saytımıza bildirilib.

Redaksiyamıza daxil olan məlumata görə, Buxarest «Dinamo»su rəsmi surətdə «ağ-qaralar»a müraciət ünvanlayıb.

Rumıniya klubu 21 yaşlı kiperə görə danışıqlar aparmaq istədiklərini açıqlayıb.

Bu ölkənin ən prestijli futbol brendlərindən sayılan «Dinamo» gənc «əlcək sahibi» üçün təzminat ödəməyə hazır olduqlarını elan edib.

Buxarest təmsilçisi razılıq əldə olunarsa, Rza ilə 5 illik müqavilə bağlamağı düşündüklərini gizlətməyib.

2021-ci ildən “Neftçi”nin qapısını qoruyan 21 yaşlı Cəfərov başa çatan mövsümdə Premyer Liqada 31 oyunda 45 qol buraxıb. O, 5 matçda qapısını toxunulmaz saxlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə