“Neftçi”nin təklifini qəbul etməsinin səbəbi bu imiş!

09:00 Neftçi 576
“Neftçi”nin təklifini qəbul etməsinin səbəbi bu imiş!

“Neftçi”nin yeni transferi Luis Ortis klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, klubdakı hədəfləri barədə deyib:

“Neftçi”də məqsədim irəliyə getmək, bu mövsüm komandanın hədəflərinə çatması üçün faydalı oyunçu olmaqdır”.

25 yaşlı vinger “Futbolçu kimi 3 əsas xüsusiyyətin hansılardır?” sualını belə cavablandırıb: “Düşünürəm ki, top qəbulu, zərbə və sürətdir”.

Ləqəbinin Luço olduğunu bildirən paraqvaylı hobbisi və kumirindən də söz açıb:

“Futboldan savayı, idman yarışlarını və basketbolu sevirəm. Kumirim həmişə Kriştiano Ronaldo olub. Onun “Real”dakı oyunlarına baxırdım”.

Paraqvayın “Sportivo Ameliano” klubundan icarəyə götürülən Luis Ortis bu gün “Neftçi” ilə 1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə