Bombardirin "Neftçi"də "qələmini qıran" zəng

17:45 Neftçi 1 898
Bombardirin "Neftçi"də "qələmini qıran" zəng

Filip Ozobiçin “Neftçi”dən ayrılması sürpriz oldu.

Ki, Samir Abasovun yeni mövsümlə bağlı planlarına 34 yaşlı yarımmüdafiəçi də daxil idi.

Hətta tərəflər arasında ilkin razılıq da əldə olunmuşdu.

İllik qazancı 300 min manat olan milliləşdirilən xorvatiyalı “ağ qaralar”a təxminən 50%-ə qədər maaş endirimi etməyə hazır idi. Bəs bir anda nə baş verdi?

Təbii ki, heç nə səbəbsiz deyil.

İstirahət dövründə yaxşı təkliflər alması Ozobiçi fikrindən daşındırıb.

Yay təlim-məşq toplanışına qatılmalı olan “10 nömrə” son anda kluba zəng açaraq yalnız ötən mövsümkü şərtlərlə geri dönə biləcəyini rəsmilərə bildirib.

Belədə yolların ayrılması qaçılmaz olub.

2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.

O, son mövsümdə “Neftçi”nin ən yaxşılarından idi.

Meydana çıxdığı 33 oyunda 8 qol, 5 asistlə yadda qalmağı bacarmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti