Gözünüz “Neftçi”də olsun – Bu gün gəlir!

26 İyun 19:20 Neftçi 804
Gözünüz “Neftçi”də olsun – Bu gün gəlir!

“Neftçi” daha bir transferi açıqlamağa hazırlaşır.

Daha öncə Sessi D'Almeyda ilə anlaşan “ağ-qaralar”ın razılığa gəldiyi futbolçu Paraqvaydandır.

Luis Ortizlə günlərdir davam edən danışıqlar müsbət sonluqla tamamlanıb.

25 yaşlı vinger bu gün axşam saatlarında Bakıya təşrif buyuracaq. Sabah tibbi müayinədən keçib, bazayla və kollektivlə tanış olacaq.

Proses başa çatandan sonra “Neftçi” yeni transferi ictimaiyyətə təqdim edəcək.

Karyerası ərzində yalnız Paraqvay klublarının şərəfini qorumuş bəstəboy cinah oyunçusu sonuncu klubu “Ameliano” olub.

Ötən mövsüm burada meydana çıxdığı 22 görüşdə 3 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu