“Neftçi”nin yeni transferi ilə bağlı müəmma – O, haradadır?

20:00 Neftçi 638
“Neftçi”nin yeni transferi ilə bağlı müəmma – O, haradadır?

Növbəti mövsümə hazırlaşan “Neftçi” fasilədən sonra ilk məşqçinə çıxıb.

Komandanın ilk hazırlıq günündə 15 futbolçu iştirak edib.

Lakin bu ayın əvvəlində müqavilə bağlamaq üçün Bakıya təşrif buyuran Sessi D'Almeyda gözə dəyməyib.

“Ağ-qaralar”ın yaydakı ilk transferinin ölkəmizə gəlməməsi “Neftçi” azarkeşlərinin müəyyən narahatlığına səbəb olub.

Öyrənəndə məlum oldu ki, narahatlığa heç bir əsas yoxdur. Beninli yarımmüdafiəçinin sağlıq durumu qaydasındadır. Müqavilə şərtləri ilə bağlı bütün məsələlər öz həllini tapıb.

Sadəcə, Sessi şəxsi məsələləri ilə bağlı Bakıya bir neçə gün gecikmə ilə gələcəyini Samir Abasovun diqqətinə çatdırıb, baş məşqçi də buna hörmətlə yanaşıb.

Odur ki, yayın “siftıə”si iyunun 28-də Bakıya gəlib, ertəsi gün məşqdə tər tökəcək.

Paytaxt təmsilçisinin Bakıdakı toplanışı iyulun 14-dək davam edəcək. Hazırlığın növbəti mərhələsi iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində gerçəkləşəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti