
"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç karyerasını ölkəsində davam etdirə bilər.
Sportinfo.az RTCG-yə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis Monteneqroda - "Buduçnost"da bu posta namizədlər siyahısındadır.
Ötən mövsüm liqada birinci yeri tutan komanda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Ermənistan təmsilçisi "Noa" ilə üz-üzə gələcək.
Klub rəhbərliyi komanda və azarkeşlərlə münasibəti korlandığı üçün baş məşqçi İvan Brnoviçi istefaya göndərmişdi.
Son olaraq İranda "Esteqlal"da işləyən M.Bojoviç 2023-cü ilin dekabrından 2024-cü ilin iyununa qədər "Neftçi"nin baş məşqçisi olub.