VACİB XƏBƏR - “Neftçi”dəkilərin gözünü yolda qoyan qapıçı kimdir?

24 İyun 20:20 Neftçi 1 311
VACİB XƏBƏR - “Neftçi”dəkilərin gözünü yolda qoyan qapıçı kimdir?

“Neftçi” xeyli vaxtdır izinə düşdüyü qapıçı ilə müqavilə bağlaya bilmir.

Buna səbəb “ağ-qaralar”ın həftələrdir danışığ apardığı bosniyalı “çərçivə” qoruyucusu Kenan Piriçin başqa ölkələrdən sərfəli təkliflər almasıdır.

Ötən ilin yayında “Antalyaspor”la 2 illik sözləşməyə imza atan 30 yaşlı futbolçu mövsüm başa çatandan sonra azad agent statusuna yiyələnib.

Piriç Antalyada qalmaq istəmədiyini bildirib, baş məşqçi Emre Belözoğlu qərara hörmətlə yanaşıb.

“Neftçi” təcrübəli qolkiperə maddi şərtlərini və 2 illik müqavilə irəli sürüb. Təmsilçimizin təklif etdiyi maaş Kenanın ürəyincə deyil. Və buna görə də konkret cavab demir.

Ərəb ölkələrindən yüksək məbləğli təkliflər aldığından, karyerasının son illərində daha yaxşı qazanmaq arzusundadır. Hətta Türkiyə klublar belə, “Neftçi”dən daha çox ödəməyə hazırdır.

Bosniya və Hersoqovina millisində 8 oyun keçirən qapıçı vətənində “Qradina”, “Sloboda”, “Zrinski Mostar”, Belçikada “Gent”, Sloveniyada “Maribor”,Yunanıstanda “Atromitos”,Kiprdə “AEK Larnaka”, Türkiyədə “Göztəpə” və “Antalyaspor”un şərəfini qoruyub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!