Rusiya ilə müharibə gözünü qorxutdu, “Neftçi” 2 illik təkliflə qapısını döydü - SON DƏQİQƏ

14:00 Neftçi 2 159
Rusiya ilə müharibə gözünü qorxutdu, “Neftçi” 2 illik təkliflə qapısını döydü - SON DƏQİQƏ

«Neftçi» Avropa bazarını «ələk-vələk» etməkdədir.

Ötən mövsüm sərəncamında olan əksər legionerləri göndərən Samir Abasovun gözü indi Yakov Basiçi tutub.

Oyunu ilə baş məşqçinin ürəyinə ağ kimi yayılan dayaq yarımmüdafiəçi ilə danışıqlar start götürüb. «Ağ-qaralar»ın fikri xorvatiyalı ilə 2 illik müqavilə imzalamaqdır.

28 yaşlı balkanlı son olaraq «Zarya»nın formasını geyinib. O, 2024-cü ildən Ukraynada çıxış edir.

Luqansk klubunda 41 oyuna 3 qol vuran oyunçu Rusiya ilə müharibəyə görə daha bu ölkədə qalmaq istəmir.

Basiç ABŞ-da dünyaya gəlib və ilk olaraq yerli «Ridinq Yunayted»in akademiyasında futbolun sirlərini öyrənib. 2019-cu ildə Xorvatiyaya gəlib və «Hayduk»la (Split) müqavilə bağlayıb.

Daha sonra «Duqopolje», «Hrvatski Draqovoljaç», «Rudes» və «Slaven Belupo»nun uğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti