“Neftçi” onu satmağa hazırdır – Qiyməti də məlumdur

23 İyun 21:20 Neftçi 1 289
“Neftçi” onu satmağa hazırdır – Qiyməti də məlumdur

“Neftçi”nin üzvü Rza Cəfərov yeni mövsümə ölkə xaricində başlaya bilər.

Avropa klubları Azərbaycan millisinin də qapısını qoruyan futbolçuya çoxdan maraq göstərir. Hətta bununla bağlı “ağ-qaralar”a müraciət ünvanlandığından da xəbərdarıq.

İş burasındadır ki, “Neftçi” Rzanı pulsuz, ya da qəpik-quruşa buraxmaq niyyətində deyil. Yığma üzvü ilə güclənmək istəyən klub ona görə təxminən 150 min dollarından keçməlidir. Xeyli vaxtdır bu yöndə müəyyən danışıqlar gedir.

Klub rəsmilərinin əcnəbi qapıçı axtarışlarını sürətləndirməsinin bir səbəbi də budur. Cəfərovun Avropaya yollanmasının an məsələsi olduğunu bilən baş məşqçi Samir Abasov “çərçivə”nin gücləndirilməsinin vacibliyini tapşırıb.

Lakin bu, sırf Rzanın klubu tərk edəcəyinə görə deyil. Hətta o, komandada qalsa belə, əcnəbi qapıçı gələcək. Rəqabəti artırmaq mütləqdir.

Gələn ay 22 yaşı tamam olacaq səbəbkarın paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

O, ağ-qara formada meydana çıxdığı 63 oyunda qapısından 85 top buraxıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 18:10 Çək və bizə göndər!
23 İyun 07:20 Prezident bilirdi...