
“Neftçi” iyunun 25-də 2025/2026 mövsümünün hazırlıqlarına start verəcək.
“Ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək.
Hazırlıq prosesinin ikinci mərhələsi iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq.
“Binkovski Hotel”də məskunlaşacaq komanda bu müddətdə 4 yoxlama görüşü keçirəcək. Oyunlar iyulun 17, 22, 27-də və avqustun 1-də baş tutacaq.
Üçüncü matçda rəqib “Asteras" (Tripolis, Yunanıstan), sonuncu oyunda isə AEL (Kipr) olacaq.
Baş məşqçi Samir Abasov bu arada köməkçilərindən biri ilə vidalaşıb. Onun istəyi ilə
Cordano Domeniko bakılılarla vidalaşıb. İtaliyalı fiziki hazırlıq üzrə yardımçı 1 il idi ki, burada çalışırdı.
Çalışdırıcı komandada eyni işi görən argentinalı Luçiano Munafonun da işindən razı deyil. Ötən ilin oktyabrında «ağ-qaralar»ın sükanı arxasına qayıtmış mütəxəssis cənubi amerikalının fəaliyyətinin onu qane etməməsi barədə rəhbərliyi bilgiləndirib.
Abasov Munafonu yola salandan sonra yalnız Boqdan-Kornel Merişanu ilə çiyin-çiyinə çalışmaq niyyətindədir.
İlk dəfə 2021-ci ildə Lorentsio Regekampf tərəfindən «Neftçi»yə dəvət olunmuş rumıniyalı məşqçi 1 ildən sonra yola salınmışdı, bir daha 2025-ci ilin əvvəlində geri qaytarılıb.
SPORTİNFO.AZ