“Neftçi” Serbiya yığmasının müdafiəçisinə təklif göndərdi – SON DƏQİQƏ

09:40 Neftçi 1 498
“Neftçi” Serbiya yığmasının müdafiəçisinə təklif göndərdi – SON DƏQİQƏ

«Neftçi»nin maraq dairəsində olan növbəti futbolçunun kimliyi üzə çıxıb.

Bakılılar Nikola Stevanoviçlə danışıqlara başlayıb.

«Ağ-qaralar» Serbiya yığmasının müdafiəçisinə 2 illik müqavilə təklif edib.

26 yaşlı arxa xətt oyunçusu hazırda «Otelul»un formasını geyinir. 1.90 m boya malik balkanlı ötən ilin yayından bəri Rumıniyada çıxış edir.

O, daha öncə ölkəsində «Radniçki» və «Dinamo Vranje»nin şərəfini qoruyub.

2022-ci ildə Almaniyaya yollanaraq, «İnqolştadt»ın uğurları üçün tər töküb. 1 il sonra isə vətənə dönərək, «Napredak»la müqavilə imzalayıb.

«Neftçi» bu yay hələlik 1 transfer edib. Paytaxt təmsilçisi «Apoolon»dan (Kipr) Benin yığmasının yarımmüdafiəçisi Gələnlər: Sessi D’Almeyda düşərgəyə cəlb olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti