“Getmir, bilir ki, heç bir klub “Neftçi” kimi ona 500 min dollar verməyəcək”

22 İyun 22:05 Neftçi 761
“Getmir, bilir ki, heç bir klub “Neftçi” kimi ona 500 min dollar verməyəcək”

“Bu cür faydasız oyunçular transfer etdirən baş məqşçiylə yollar ayrılanda, bunu ziyanını onun kompensasiya pulundan çıxmaq lazımdır”.

Bu sözlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluya məxsusdur.

Tanınmış telejurnalist ”Neftçi”nin hələ də Ramil Şeydayevdən canını qurtara bilməməsinə münasibət bildirib.

Qeyd edib ki, ötən ilin yayında 3 illik müqavilə imzalayan hücumçu ”ağ-qaralar”dan böyük miqdarda pul alsa da, geridə qalan mövsümdə heç bir fayda verməyib:

”Ən yüksək ödənişli oyunçularından biri, ayda təxminən 80 min manat məvacib alan, hücumcu olub bir mövsümə cəmi 4 qol uran Ramil Şeydayevdən klub yaxa qurtarmaq istəyir.

Amma hələ 1 illik müqaviləsi qalan 29 yaşlı forvard pulunu qəpiyinədək almadan hec yerə getmək istəmir. Bilir ki, bu oyunla heç bir klub bundan sonra ona “Neftçi” kimi illik təxminən 500 min dollar verməyəcək.

Ramil “Neftçi”yə ovaxtkı baş məşqçi Qriqorçukun istəyi ilə gətirilib. İndi ukraynalı məşqçi öz vətəninidə, “Neftci” isə burada dərddə.

Əgər ortada məşqçiylə yanaşı rəhbərlikdən də kiminsə belə faydasız transferlərdə marağı varsa, onda vəziyyət qarışır”.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!
22 İyun 01:20 Musayev məğlub oldu