“Neftçi”yə daha bir “Beşiktaş”lı gəldi - SON DƏQİQƏ

20:00 Neftçi 1 588
“Neftçi”yə daha bir “Beşiktaş”lı gəldi - SON DƏQİQƏ

Növbəti mövsümdə uğurlu nəticələr qazanmağı hədəf seçən “Neftçi” heyətini genişləndirməkdə davam edir.

Lakin bu dəfə kluba cəlb olunan şəxs futbolçu deyil.

Skautinq heyətini gücləndirən “ağ-qaralar” Türkiyədən skaut dəvət edib.

Həmin şəxs vaxtilə “Beşiktaş”da çalışmış Tufan Daşdır. O, bura baş icraçı direktor Cenk Sümerin məsləhəti ilə təşrif buyurub. Onlar bir-birini “Beşiktaş”da çalışdığı dönəmdən tanıyır.

48 yaşlı mütəxəssis Türkiyənin “Balıkesirspor”, “Boluspor”, “Beşiktaş”, Sudanın “Əl-Əhli”, Şimali Makedoniyanın “Şkupi” klublarında skaut, əlaqələndirici və idman direktoru vəzifələrində çalışıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti