.jpg)
“Qarabağ”dan ayrılan Patrik Andradenin karyerasını Azərbaycanda davam etdirmək ehtimalı var.
Kabo-Verdedən olan yarımmüdafiəçiylə “Sabah”, “Zirə” və “Neftçi”nin yaxından maraqlandığı deyilir.
Bu mənada köklü dəyişikliklərə start verən “ağ-qaralar”ın fəallıq göstərməsi anlaşılandır.
Sportinfo.az-a açıqlama verən 32 yaşlı afrikalı yerli klublardan təklif aldığını gizlətməyərək, “Neftçi”dən təklif alması barədə bunları deyib:
“Bəli, Azərbaycanın bəzi klublardan mənimlə əlaqə saxlayıblar. Lakin qərar verməkdə tələsmək istəmirəm.
Özüm və ailəm üçün ən yaxşı variantı seçəcəyəm.
“Neftçi”? Hələ heç bir klubla razılıq əldə etməmişəm. Gözləmə mövqeyindəyəm”.
2020-2022, 2023-2025-ci illər aralığında “köhlən atlar”ın uğurları üçün tər tökən Andrade bütün turnirlərdə meydana çıxdığı 149 matçda 16 qol və bir o qədər məhsuldar ötürmənin müəllifi olub.
HƏBİB