
“Neftçi”nin futbolçusu Bassala Sambu xeyli vaxtdır sevgili olduğu xanımla münasibətlərini rəsmiləşdirib.
Cütlük bir neçə gün öncə ailə üzvlərini, qohumlarını və dostlarını bir araya gətirərək özlərinə toy edib.
Özəl gün unudulmaz xatirələrlə yadda qalıb.
Qonaqların və səbəbkarların, xüsusən də xanımın atasının göz oxşayan rəqsləri şənliyə möhür vurub.
Gənclərin fəallığı ilə seçildiyi toyda “Ağ-qaralar”nin hücumçusu maraqlı hərəkətlərlə alqış qazanıb. Fişənglər atılıb, atəşfəşanlıq toy gecəsini müxtəlif rənglərə bürüyüb.
Qısa müddətdə “Neftçi” azarkeşlərinin rəğbətini qazanmağı bacaran 27 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında şans qazandığı 14 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN