Bu baş məşqçini “Neftçi” də gətirmək istəyir, ərəblər də?

13:40 Neftçi 637
Bu baş məşqçini “Neftçi” də gətirmək istəyir, ərəblər də?

Abdullah Avcının yenidən Azərbaycan variantı yaranıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Neftçi” 61 yaşlı mütəxəssisə növbəti dəfə maraq göstərir.

Xəbərdə bildirilib ki, “ağ-qaralar”ın rəhbərliyi yay fasiləsində onu baş məşqçi postuna gətirməyi planlaşdırır.

Hətta klub rəsmilərinin Avcı ilə təmas qurduğu və hazırda danışıqların davam etdiyi vurğulanıb.

Lakin “Neftçi” Türkiyə millisinin sabiq çalışdırıcısı uğrunda mübarizədə tək deyil. Belə ki, Səudiyyə Ərəbistanının adı açıqlanmayan bir klubu da Avcı ilə danışıq aparır.

Abdullah Avcı son iş yeri olan “Trabzonspor”dan ötən ilin yayında ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti