“Neftçi”nin təklif göndərdiyi legioner ermənilərlə anlaşdı

12:40 Neftçi 875
“Neftçi”nin təklif göndərdiyi legioner ermənilərlə anlaşdı

"Neftçi" təklif göndərdiyi "Universitatya"nın (Krayova) legioneri Takuto Oşima bundan imtina edib.

İdman.biz xəbər verir ki, o, Ermənistan klubuna üstünlük verib.

Yarımmüdafiəçisi bu ölkənin son çempionu "Noah"la anlaşıb. Komanda rəhbərliyi 27 yaşlı yapon oyunçunun transferi üçün qarşı tərəfə 350 min avro ödədiyi bildirilir.

Bir neçə gün əvvəl Rumıniya mətbuatında “Neftçi”dən futbolçunun keçidinə görə 500 min avro istənilməsi ilə bağlı məlumat dərc edilmişdi.

Oşima ötən mömsüm qatıldığı 39 matçda cəmi 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti